Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı, həmçinin Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları üçün “Maliyyə üzrə Proqram təminatı (RİM–1C)” mövzusunda seminar təşkil edilib.
Seminarda iştirakçılara RİM–1C platformalarında maliyyə əməliyyatlarının aparılması, məlumatların sistemləşdirilməsi, büdcə və maliyyə hesabatlarının formalaşdırılması, daxili nəzarət və risklərin azaldılması mexanizmləri barədə ətraflı izahlar təqdim olunub. Təlim praktiki məşğələlərlə müşayiət edilib və real iş situasiyaları üzərindən tətbiqi nümunələr nümayiş etdirilib.
Təlimin məqsədi maliyyə əməliyyatlarının idarə olunmasında müasir rəqəmsal alətlərdən istifadə bacarıqlarının artırılması, RİM və 1C sistemlərinin funksionallığının dərindən mənimsənilməsi, eləcə də uçot və hesabatlılıq proseslərinin optimallaşdırılmasına dəstək göstərməkdir.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı praktiki tövsiyələr verilib.