Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının fərdi və peşəkar bacarıqlarının inkişafına dəstək olmaq məqsədilə genişmiqyaslı təlim proqramı təşkil edilib.
19 istiqamət üzrə ümumilikdə 134 saat davam edən təlim proqramında əməkdaşlar nitq mədəniyyəti və ünsiyyət bacarıqlarını inkişaf etdiriblər.
Habelə, MS Excel başlanğıc səviyyə, vizuallaşdırma alətləri və mütəxəssis səviyyə üzrə texniki biliklər öyrədilib.
Yumşaq bacarıqlar sahəsində çətin vətəndaşlarla iş və stresin idarə olunması mövzuları diqqət mərkəzində olub.
Hüquqi və idarəetmə sahəsində isə pensiya qanunvericiliyi, işsizlikdən sığorta ödənişləri, əmək qanunvericiliyi və kadr kargüzarlığı, insan resurslarının idarə edilməsi, kargüzarlıq və ESDAS sistemi üzrə biliklər təqdim olunub.
Təlimlərdə Naxçıvan MR ƏƏSMN Aparatının, strukturuna daxil olan qurumların və tabeliyində olan müəssisələrin 300-dən çox əməkdaşı iştirak edib.