Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşəkar və fərdi inkişafına dəstək olmaq məqsədilə 4 günlük təlim proqramı təşkil edilib.
Təlim fövqəladə hallarda insanlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əməkdaşların sosial bacarıqlarını gücləndirmək, onların yalnız texniki deyil, həm də psixoloji və sosial kompetensiyalarını inkişaf etdirməyə dəstək olmaq məqsədilə baş tutub.
Proqram çərçivəsində fövqəladə hallarda həssas kateqoriyadan olan şəxslərə qarşı inklüziv yanaşma, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyətin qurulması, həmçinin emosional gərginliyin azaldılması və psixoloji sabitliyin qorunması mövzularında vacib biliklər təqdim olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.