Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Effektiv Liderlikdən Strateji düşüncəyə: Müasir Lider üçün Yol Xəritəsi” mövzusunda master-klas təşkil edib.
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində baş tutan görüşə Nazirlik sistemində çalışan əməkdaşlar cəlb olunublar.
Master-klasın təlimçisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin müdiri Tural Məmmədov, iştirakçılara müasir liderlik bacarıqlarının inkişafı barədə geniş məlumat verib.
Təlim zamanı strateji düşüncə vərdişlərinin gücləndirilməsi üçün praktiki yol xəritəsi təqdim olunub.
İştirakçılarla birlikdə liderlik üslubları, komanda idarəçiliyi, strateji qərarların qəbulu və müasir iş mühitində effektiv kommunikasiya kimi mövzular müzakirə edilib.