Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya “Süni intellekt və idarəetmə” mövzusunda master-klas keçirib.
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil olunan təlimə Nazirlik sistemində çalışan əməkdaşlar cəlb edilib.
Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tərəfindən aparılan təlim zamanı iştirakçılara süni intellektin müxtəlif tətbiq istiqamətləri barədə məlumat verilib.
Həmçinin süni intellektin idarəetmə proseslərində istifadəsi, məlumatların emalı və analitik yanaşmaların qurulması ilə bağlı aktual məsələlər izah edilib.
İştirakçılara süni intellekt modellərinin iş prinsipləri, onların dövlət xidmətlərində yaratdığı imkanlar, həmçinin bu modellərin tətbiqi zamanı qarşıya çıxan risklər və s. barədə məlumat verilib.
Süni intellektin əmək bazarına təsiri, peşələrin transformasiyası və gələcək bacarıqlara olan tələbat haqqında da fikir mübadiləsi aparılıb.