Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən universitet tələbələrinin peşəkar bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarının tələblərinə uyğun formalaşmasına dəstək olmaq və universitet mühitində praktiki biliklərin tətbiqini genişləndirmək məqsədilə PeşəKaryera layihəsinə start verilib.
Layihə çərçivəsində tələbələr 9 əsas istiqamət üzrə bacarıq əsaslı master-klaslarda iştirak edəcəklər. Bu istiqamətlər gənclərin əmək bazarına daha hazırlıqlı inteqrasiyasını təmin etmək üçün nəzərdə tutulub.
İlk təlim Bakı Avrasiya Universiteti (BAAU) və Bakı Slavyan Universitetlərində (BSU) keçirilib. Təlimdə Peşəkar mühitdə dəyişiklikləri fürsətlərə çevirmə yolları mövzusu müzakirə olunub.
Proqram tələbələrin peşəkar mühitdə çevik düşünmə, innovativ ideyalar yaratma və özünü inkişaf üçün dəyişikliklərdən, risklərdən yeni imkanlar çıxarmaq və problem həllində yaradıcı yanaşmanı inkişaf etdirmək imkanı verib.
PeşəKaryera” layihəsində 6 universitet iştirak edir. Növbəti mərhələlərdə digər ali təhsil müəssisələrində də master-klasların təşkili nəzərdə tutulur.