Özbəkistan Respublikası Prezidenti Administrasiyasının İqtisadi İslahatlar və Tədqiqatlar Mərkəzi (CERR) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə CERR nümayəndələrinə Milli Observatoriyanın əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Observatoriya əmək bazarını təhlil edərək, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara olan tələbatı müəyyən edir,
Müzakirələr zamanı tərəflər işçi qüvvəsi çatışmazlığının müəyyənləşdirilməsi və bu problemin aradan qaldırılması yolları üzrə birgə timkanları nəzərdən keçiriblər.
Habelə əmək bazarı və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Kadr hazırlığı və peşə təhsili sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.