Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Keyfiyyət Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar təşkil olunub.
Seminar beynəlxalq sertifikatlaşdırma şirkətlərinin təlimçiləri tərəfindən aparılıb. Tədbirdə iştirakçılara informasiya texnologiyaları sahəsində mövcud olan qlobal çağırışlar və yeni reallıqlar, sürətlə dəyişən texnoloji mühitin təşkilatların fəaliyyətinə təsiri barədə geniş məlumat verilib.
İştirakçılara ISO/IEC 27001 (İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO/IEC 27701 (Məxfilik Məlumatlarının İdarə Edilməsi), ISO 22301 (Biznesin Davamlılığının İdarə Edilməsi), ISO/IEC 20000-1 (İT Xidmətlərinin İdarə Edilməsi) və ISO/IEC 42001 (Süni İntellektin İdarə Edilməsi) standartlarının əsas tələbləri və onların praktik tətbiq imkanları təqdim olunub.
Süni intellekt texnologiyalarının inkişaf tendensiyaları, bu sahənin yaratdığı imkanlar və risklər, habelə süni intellekt sistemlərinin etik, təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasının vacibliyi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.