Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankıvmaliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin qiymətləndirmə missiyasının üzvləri ilə növbəti görüş keçirilib.
Görüşdə layihənin icra vəziyyəti, əldə olunan nəticələr və qarşıdakı mərhələlər müzakirə olunub. Qiymətləndirmə missiyasının nümayəndələri layihənin məqsədlərinə uyğun olaraq görülən işlər barədə ətraflı məlumat alıb, həmçinin əmək bazarının inkişafı və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində təkliflərini təqdim ediblər.
Tərəflər əmək bazarında dayanıqlı inkişafın təmin edilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və layihənin effektivliyinin artırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.