Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarına Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimi Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova aparıb.
İştirakçılara insan alverinə şərait yaradan sosial-iqtisadi və psixoloji amillər, bu cinayətin tanınması üçün əsas göstəricilər, sosial mediadan qaynaqlanan risklər, eləcə də insan alverinə qarşı mübarizə mexanizmləri və proaktiv tədbirlər barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı insan alveri ilə mübarizədə ictimai maarifləndirmənin, hüquqi biliklərin artırılmasının və əməkdaşların peşəkar hazırlığının vacibliyi vurğulanıb.
Təlimin əsas məqsədi əməkdaşların bu sahədə bilik və bacarıqlarını gücləndirmək, onların gündəlik fəaliyyətində insan alverinə qarşı mübarizəyə daha həssas yanaşmalarını təmin etməkdir.