Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində Nazirliyin qurumlarına kadr seçimi məqsədilə növbəti test imtahanı keçirilib.
Bu dəfəki qiymətləndirmə 9 qurum üzrə 55 vakant vəzifəyə işə qəbul olunmaq üçün müraciət edən şəxsləri əhatə edib. Müraciətlər müvafiq qurumlar tərəfindən müəyyən edilmiş tələblərə uyğun şəkildə qiymətləndirilib.
Test mərhələsindən öncə namizədlər tərəfindən təqdim edilən sənədlərin ilkin yoxlanışı (CV skrininq) aparılıb. Namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və peşəkar səriştələrinin obyektiv şəkildə müəyyən edilməsi məqsədilə 19 blok üzrə test imtahanları təşkil olunub.
Növbəti mərhələdə nəticələrin “İşə qəbul” altsistemi üzərindən açıq şəkildə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqənin test prosesinin mərkəzləşdirilmiş və standartlara uyğun şəkildə təşkili işə qəbul mexanizmlərində şəffaflığı, obyektiv və sistemli yanaşmanı təmin edir.