Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) arasında onlayn formatda görüş keçirilib.
Görüşdə qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Təhlil və tədqiqat sahəsində birgə fəaliyyət, təlimlərin təşkili ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında ilkin razılıq əldə olunub.