AZ

İSO 20252:2019 “Bazar, rəy və sosial araşdırmalar, o cümlədən anlayışlar və məlumat analitikası”

İSO 20252:2019 “Bazar, rəy və sosial araşdırmalar, o cümlədən anlayışlar və məlumat analitikası” beynəlxalq standartı  bazar araşdırmasının necə planlaşdırılması, aparılması, monitorinqi və tədqiqat layihələri həyata keçirən müştərilərə hesabatların verilməsi ilə bağlı təlimat və tələbləri təmin edir. Onun tətbiqi sorğu praktikasında şəffaflığın artırılmasına, sorğunun nəticələrinə və tədqiqat məlumatları təminatçılarına inam yaratmaq məqsədi daşıyır.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya sorğu və araşdırmalar sahəsində fəaliyyətinə görə  Azərbaycanda və  ümumən Cənubi Qafqazda İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurumdur.