AZ
Şaiq Eldar oğlu Kazımov

İdarə Heyəti sədrinin müavini

Şaiq Eldar oğlu Kazımov

 

Elektron poçt: shaig.kazimov@sosial.gov.az

Qəbul günləri: Cümə axşamı

Qəbul saatları:  10:00 - 12:00

 

 

1981-ci ildə Lənkəran rayonunda anadan olub. 

 

1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.

 

2010-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb.

 

2013-2014-cü illərdə Erasmus tələbə mübadiləsi proqramı çərçivəsində qrant qalibi olaraq Polşa Respublikasının Yagelon Universitetində təhsil alıb.

 

2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində İqtisadi-riyazi modelləşdirmə üzrə magistr dərəcəsini tamamlayıb. 

 

2020-2024-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Ekonometrika: iqtisadi-statistika ixtisası üzrə doktorantura təhsili alıb.

 

2010-2014-cü illərdə Kapital bank ASC-nin Lənkəran filialında müxtəlif vəzifələrdə çalışıb.

 

2018-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

 

2022-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin müdiri və sonra İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

 

2025-ci ilin oktyabr ayından etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

 

 Ailəlidir, 3 övladı var.