Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi tabeliyində fəaliyyət göstərən Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇAŞGEM) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində növbəti birgə təlim baş tutub.
Təlim, Nazirlik sistemində çalışan əməkdaşlarının peşəkar inkişafına dəstək vermək və qabaqcıl beynəlxalq təcrübənin tətbiqini təşviq etmək məqsədilə “İş yerində davranış və protokol qaydaları” mövzusuna həsr olunub təlim təşkil olunub.
İştirakçılara iş mühiti etikası, rəsmi davranış normaları, beynəlxalq standartlara uyğun protokol qaydaları və ünsiyyət mədəniyyəti ilə bağlı praktiki biliklər təqdim edilib.