Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları üçün süni intellekt mövzusunda master-klas təşkil olunub.
Master-klası süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssis Sərxan Bədirli aparıb.
Təlim zamanı iştirakçılara süni intellekt alətlərindən gündəlik iş proseslərində səmərəli istifadə imkanları, düzgün və effektiv promptların hazırlanması, məlumatların emalı və təhlili, eləcə də iş proseslərinin optimallaşdırılması barədə praktiki bilgilər təqdim olunub.
İştirakçılar müxtəlif praktiki tapşırıqları yerinə yetirərək real iş nümunələri üzərində çalışıblar. Süni intellekt alətlərindən istifadə etməklə məlumatların daha sürətli emalı və nəticələrin hazırlanması üzrə yanaşmalar nümayiş etdirilib.