AZ

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın

 

Keyfiyyətin təminatı

Siyasəti

 

1. Qurumun keyfiyyətin təminatı sahəsində məqsədləri:

- Observatoriyanın məhsullarının (malların, işlərin, xidmətlərin) keyfiyyətinin sabit səviyyəsinin təmin edilməsi;

- Qurumun strateji istiqamətlərinə və fəaliyyət sahələrinə uyğun olaraq etibarlı və layiqli məhsul təchizatçısı kimi nüfuzunun möhkəmləndirilməsi,

- Sifarişçilərin məhsulların keyfiyyətindən məmnunluğunun təmin olunması və ya mümkün şikayətlərin və ya etirazların həlli üçün qabaqlayıcı tədbirlərin görülməsi;

- Məhsulların keyfiyyətinə təsir edən texniki, təşkilati və digər amillərə effektiv nəzarətin həyata keçirilməsi;

- Məhsullara irəli sürülən normativ və keyfiyyət tələblərinə riayət olunmasının təmin edilməsi.

 

2. Qurumun keyfiyyətin təminatı sahəsində fəaliyyətinin əsas prinsipləri:

- Məhsulların keyfiyyətinin təmin edilməsi istiqamətində qanunvericiliyin, beynəlxalq standartların və sifarişçilərin tələblərinin prioritetliliyi;

- Məhsulların təqdim edilməsinə aid tələbləri tənzimləyən normativ sənədlərin müddəalarına dönmədən riayət edilməsi;

- Sifarişlərin müvafiq tələblərə uyğun icrası istiqamətində təşkilatın resurslarının (kadr potensialı, maddi, texniki və digər resurslar) səfərbər edilməsi;  

- Qurumun göstərilən xidmətlərin keyfiyyətinə, keyfiyyət sisteminin işlənib hazırlanmasına, tətbiqinə və effektivliyinin monitorinqinə, keyfiyyət siyasətinin müəyyən edilməsinə, keyfiyyətin təminatı işinin təşkilinə və fasiləsiz təkmilləşdirilməsinə görə məsuliyyət daşıması;

- Keyfiyyətin təmin edilməsinə görə hər bir icraçının şəxsi məsuliyyətinin müəyyən edilməsi, maddi və mənəvi həvəsləndirilməsinin təmin edilməsi;

- Qurumun öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə üsullarını tətbiq etməsi öhdəliyinin onun təsis sənədlərində (normativ hüquqi aktlarda) öz əksini tapması;

- Qurumun məhsullarının hazırlanması, təqdim edilməsi və dövriyyəsi üzrə ixtisaslaşmış bütün əməkdaşlarının müasir keyfiyyət standartlarının tətbiqi istiqamətində təlimatlandırılması;

- Keyfiyyətin təminatı sahəsində siyasətə və məqsədlərə zidd qərarlar qəbul edilməsinə yol verilməməsi.

 

3. Keyfiyyətin təminatı sisteminin tətbiqi mexanizmləri

- Tətbiq olunan keyfiyyət sisteminin və bununla bağlı irəli sürülən tələblərin icrasının qurum rəhbərliyinin bilavasitə nəzarətində saxlanılması;

- Keyfiyyət sisteminin təhlili üzrə hesabatlılığın təmin edilməsi;

- Keyfiyyət sisteminin və bununla bağlı irəli sürülən tələblərin təmin olunması istiqamətində qurumda ixtisaslaşmış struktur bölmənin mövcud olması;

- Sifarişçilərdən daxil olmuş müraciətlərin, rəy və təkliflərin uçotu, sistemli baxılması və cavablandırılması mexanizmlərinin mövcud olması;

- Keyfiyyətin təminatı sisteminin mütəmadi təhlil edilməsi, təhlil nəticələrinə və sifarişçi məmnuniyyət göstəricilərinə müvafiq olaraq dövri təkmilləşdirilməsi;

- Əməkdaşların səriştəliliyin zəruri səviyyəsinin təmin edilməsi və artırılması istiqamətində səylərin cəmləşdirilməsi. Bunun əldə edilməsi üçün zəruri işçi heyətinin ixtisas yönümlü biliklərinin fasiləsiz artırılmasının və ümumilikdə təşkilatın intelektual potensialının inkişafının təmin edilməsi;