Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Avropa Sosial Rifah Siyasəti və Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Mərkəzin “Bridge Building” (Körpü Yaratma) layihəsinin 4-cü fazasına aid olan “Qarşılıqlı Öyrənmə Tədbirləri” üzrə Milli Observatoriyanın da da iştirak etməsinə dair qarşılıqlı razılıq əldə edilmiş və qurum tərəfindən təklif olunan mövzuların ilkin siyahısı müəyyənləşdirilib.
Avropa Sosial Rifah Siyasəti və Tədqiqatlar Mərkəzinin Qarşılıqlı Öyrənmə tədbirləri çərçivəsində tərəfdaş ölkələrin “Əlilliyi olan şəxslərin və uşaqların deinstitutsionallaşdırılması”, "Gender Bərabərliyi və Qohumlara Qayğı" mövzusunda qarşılıqlı öyrənmə tədbirlərində Milli Observatoriyanın əməkdaşları iştirak edib Tədqiqat heyətinin rəhbəri Maqdi Birta ilə onlayn görüş və müzakirələr təşkil edilib