AZ

“DOST Müfəttiş” layihəsi haqqında

 

Layihə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətini ətraflı qiymətləndirmək, çatışmazlıqları və uyğunsuzluqları aşkar etmək, nəticələrə əsasən müvafiq istiqamətlər üzrə təlim və konsultasiya təşkil edərək müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və ölkəmizdə korporativ mühiti inkişaf etdirmək missiyasını daşıyır.


Layihənin məqsədləri

  • Əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirmək
  • Əmək qanunvericiliyi üzrə uyğunsuzluqların aradan qaldırılmasına dəstək göstərmək
  • Əməyin mühafizəsi işinin təşkilini dəyərləndirmək
  • Əməyin mühafizəsinin standartlara uyğun təşkilində müəssisəyə dəstək göstərmək
  • İnsan resurslarının idarə olunması sistemlərinin səmərəliliyini ölçmək
  • Müasir insan resursları yanaşmalarının müəssisədə tətbiqində dəstək göstərmək
  • ƏMAS-ın tətbiqi vəziyyətini müşahidə etmək
  • ƏMAS-ın tətbiqindəki çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək
  • Müəssisədə əmək münasibətlərinin inkişafına töhfə vermək
  • İnsan kapitalının inkişafına dəstək olmaq


Layihənin faydaları

  • İnzibati məsuliyyət tədbirləri riskinin azaldılması
  • Əmək qanunvericiliyinə əməl edilməsi üzrə preventiv tədbirlərin tətbiqi
  • Əməyin mühafizəsi üzrə tədbirlərin düzgün təşkili
  • İnsan resursları proseslərinin optimallaşdırılmasına dəstək 
  • ƏMAS-ın tətbiqindəki çətinliklərin aradan qaldırılmasına dəstək olmaq
  • Müasir insan resursları yanaşmalarının müəssisədə tətbiqi
  • Əməkdaşların bilik və praktiki bacarıqlarının artırılması

Layihəyə qoşulmaq üçün aşağıdakı “Müraciət et” düyməsinə sıxmağınızı və müvafiq məlumatlarınızı təqdim etməyinizi xahiş edirik.

Məlumatlarınızı daxil etdikdən sonra sondakı “Təqdim et” düyməsini sıxmağı unutmayın. Əks təqdirdə müraciətiniz, təəssüf ki, qeydə alınmayacaqdır.  


MÜRACİƏT ET