AZ

Haqqımızda

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik püquqi şəxsi yaradılmışdır.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli, 95 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmişdir.

 

Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində nazirliyin təlim bazası qismində iştirak edir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən dörd platformada təşkil olunub: Sorğu və Monitorinq Mərkəzi, Təhlil və Tədqiqat Mərkəzi (“Beyin mərkəzi”), Qiymətləndirmə Mərkəzi, Təlim və İnkişaf Mərkəzi.

 

Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi Milli Observatoriyanın  əsas vəzifələri sırasındadır. Qurumun fəaliyyət istiqamətlərinə eləcə də iqtisadi fəal əhalinin, məşğulluğun kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin  təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması, strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili daxildir.

 

Milli Observatoriyanın maliyyə hesabatı - 2020-2021 ci illər üzrə

 

Milli Observatoriyanın maliyyə hesabatı - 2022-ci il üzrə

 

Milli Observatoriyanın maliyyə hesabatı - 2023-cü il üzrə