AZ

Məqsədlərimiz:

 

⮚  Əhalinin həyat səviyyəsi, dövlət tərəfindən təsdiq edilən minimum sosial normalarla bağlı monitorinqlər və sorğular aparmaq;

⮚  Vətəndaşların onlara göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsini qiymətləndirmək;

⮚  Müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının hazırlanmasında fəal iştirak etmək;

⮚  Təhlil və tədqiqat mərkəzi olaraq regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilmək.

 


 

 

Strateji istiqamətlərimiz:

 

 ⮚  Əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə monitorinq və sorğuların təşkil edilməsi;

 ⮚  Əmək bazarının strateji məşğulluq sahələrini müəyyən etmək;

 ⮚  Əmək bazarında perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlarını hazırlamaq;

 ⮚  Qeyri-formal məşğulluğun aradan qaldırılması üzrə sorğular aparmaq və müvafiq təkliflər hazırlamaq;

 ⮚  Təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini təhlil etmək;

 ⮚  Müvafiq sahələrin inkişafı məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanmasını təmin etmək;

 ⮚  Nazirlikdə çalışan əməkdaşların maarifləndirilməsi üçün təlimlər təşkil etmək.

 

 


 

 

Əsas prinsiplərimiz:

 

 ⮚ Qanunun aliliyini təmin etmək;

 ⮚ Keyfiyyətli xidmət göstərmək;

 ⮚ Dəyişikliklərə və yeniliklərə açıq olmaq.