AZ

Qiymətləndirmə Mərkəzi

 

Qiymətləndirmə Mərkəzi - Əmək Bazarının qiymətləndirilməsini həyata keçirir. Mərkəz kadr potensialından səmərəli istifadə edilməsi məqsədilə monitorinqlər, təhlil və tədqiqatların aparılmasında iştirak edir. Peşəkar mütəxəssislərin hazırlanması üçün  təlim proqramlarının tərtib edilməsi ilə bağlı təkliflər verir, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlarının hazırlanmasını təşkil edir.

 

Mərkəzin fəaliyyət istiqamətlərinə sosial sahədə vətəndaşların onlara göstərilən sosial xidmətlərdən məmnunluğunun təmin edilməsi, təhsil müəssisələrinin müvafiq sahədə uyğun məzunlarının əmək bazarında  adaptasiya vəziyyətini mütəmadi təhlili, keyfiyyətin təminatı mexanizmlərinin hazırlanması və həyata keçirilməsi, müvafiq beynəlxalq keyfiyyət standartlarının tətbiq edilməsinin təşkili daxildir.

 

Qiymətləndirmə Mərkəzi müəssisələrin iş yükünün ölçülməsini aparır. Iş yükünün müəyyənləşdirilməsi anketler vasitəsilə əməkdaşların gündəlik vəzifə öhdəlikləri və onlara sərf edilən vaxtın doğru idarə edilməsi ilə  müəyyən olunur. Xüsusi hesablama metodları ilə nəticədə  həmin müəssisədə  o işin icrası üçün tələb olunan vahid işçi tələbi indeksi ortaya çıxarılır.  İş yükünün müəyyənləşdirməklə əməkdaşların fəaliyyətinin yararlılığının artırılmasına xidmət edir.