“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və Dünya Bankının vəsaitləri hesabına işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində Dünya Bankı ilə Milli Observatoriya sorğu - monitorinq, təhlil tədqiqat və təlim istiqamətində əməkdaşlıq edir.
Layihə çərçivəsində Dünya Bankının Milli Observatoriyanın tədqiqat sahəsində institusional potensialının gücləndirilməsi məqsədi ilə müvafiq sahə ilə bağlı seminar və vebinarlar təşkil edilir.
Dünya Bankı tərəfindən hazırlanmış İşə Götürənlərin anket sorğusuna (Skills for Jobs Suvey Questionnaire) MO tərəfindən təhlil edilərək müvafiq təkliflər təqdim edilib habelə Ünvanlı Dövlət Sosial Yardımı (TSA) ilə bağlı Dünya Bankı tərəfindən üç region üzrə hazırlanmış ölkə hesabatına MO tərəfindən müvafiq rəy verilib.