Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə 2024-ci ildən əməkdaşlıq etməyə başlayıb. Qurumlar arasında imzalanmış birgə əməkdaşlıq haqqında anlaşma memorandumuna aşağıdakı fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq daxildir:
⮚ əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyllərini müəyyən etmək;
⮚ müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi və təkmilləşdirmə işlərinin aparılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları arasında müxtəlif mövzularda respondent-sorğuların keçirilməsini təşkil etmək;
⮚ ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini təhlil etmək, bu sahədə təkmilləşdirmələrin aparılması üçün səmərələşdirici təkliflər vermək;
⮚ ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini təhlil etmək, bu sahədə təkmilləşdirmələrin aparılması üçün səmərələşdirici təkliflər vermək;
⮚ sosial baxımdan həssas əhali qrupuna, habelə əhalinin aztəminatlı təbəqəsinə aid edilən ailələrin üzvü olan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi ilə təhsilin əhatə dairəsinin genişləndirilməsi perspektivləri ilə bağlı təhlillər və tədqiqatlar aparmaq, səmərələşdirici təkliflər hazırlamaq, bu istiqamətdə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq və maarifləndirmə işinin təşkilinə dəstək vermək;
⮚ əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla perspektiv ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlarının hazırlanması istiqamətində birgə təhlil və tədqiqatlar aparmaq, sorğular keçirmək, analitik materiallar hazırlamaq və təkliflər vermək;
⮚ əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması və aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət göstərmək;
⮚ ali və orta ixtisas təhsili müəssisələrinə aparılan qəbul, məzun göstəriciləri və digər müvafiq statistik məlumatlar əsasında ixtisaslı işçi qüvvsinin əmək bazarına adaptasiya səviyyəsini təhlil etmək;
⮚ tərəflərin səlahiyyətləri daxilində müvafiq elmi-metrik bazalara çıxışın təmin edilməsi və dövrü elmi nəşrlərin mübadiləsinə köməklik göstərmək;
⮚ əmək bazarı, sosial müdafiə, demoqrafiya və s. sahələrində qarşılıqlı müəyyənləşdirilmiş mövzularda birgə elmi tədqiqatlar aparmaq və belə tədqiqatlara elmi-metodiki rəhbərliyi həyata keçirmək;
⮚ ali və orta ixtisas təhsili müəssisələrinin təhsilalanları və məzunlarının iştirakı ilə müştərək təcrübə proqramları həyata keçirmək;
⮚ qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq əməkdaşlıq istiqamətləri üzrə elmi-texniki nailiyyətlərin tətbiq edilməsi perspektivlərini araşdırmaq;
⮚ əməkdaşlıq istiqamətlərinə aid məsələlərlə bağlı birgə araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, səmərəli və operativ məlumat və təcrübə mübadiləsini həyata keçirmək;
⮚ əməkdaşlıq istiqamətlərinə uyğun olaraq birgə konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər təşkil etmək;
⮚ əməkdaşlıq istiqamətləri üzrə innovasiyaların tətbiqi və səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə birgə təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
⮚ Tərəflərin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün mövcud imkanlar daxilində birgə tədbirlər görmək;
⮚ hər iki Tərəf üçün qarşılıqlı maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək və həyata keçirmək.