Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin ekspertləri Rainer Gerke və Mariana Matache ilə görüş keçirilib.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Əmək bazarının araşdırılması və prioritet peşələrin müəyyən edilməsi məqsədi ilə aparılan tədqiqat işlərindən bəhs edilib.
Görüşdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, təhsil və təlim sisteminin təkmilləşdirilməsinə dəstək məqsədi daşıyan layihə üzrə gələcək prespektivlərə və Milli Observatoriya ilə layihə üzrə qarşıdakı dövrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.