Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində "Strateji planlaşdırma” mövzusunda iki günlük təlim keçirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində keçirilən təlimdə Nazirliyin və tabeliyində olan qurumların əməkdaşları iştirak edib.
Təlimdə Litvanın Sosial təminat və əmək nazirinin müavini Yustina Yakştene və müşavir Ana Selçinskene tərəfindən “Strateji planlaşdırmanın mahiyyəti və pillələri”, “Strateji planlaşdırma üçün institusional çərçivə”, “Aİ-də sosial investisiyalar və ən yaxşı təcrübələr” və digər mövzular haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.