Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri üçün “Məsləhət Günü” təşkil edib.
Tələbələrə Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri, əmək bazarında müşahidə olunan son yeniliklər, müasir iş dünyasının tələbləri, karyera planlaşdırması və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verilib.
İştirakçılara iş axtarışı, CV tərtibatı və müsahibə mərhələlərinə dair müvafiq tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb
Qeyd edək ki, Milli Observatoriya ilə Universitetlər arasında imzalanan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində keçirilən görüşün əsas məqsədi tələbələrə əmək bazarının dəyişən dinamikalarına uyğun şəkildə karyeralarını planlaşdırmağa dəstək olmaqdır.