Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin qiymətləndirmə missiyasının üzvləri ilə görüş olub.
Görüşdə missiya üzvləri gələcəkdə icrası planlaşdırılan bir sıra layihələr üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib. Habelə əmək bazarında peşə və ixtisaslara olan tələbin müəyyənləşdirilməsi üçün Milli Observatoriya ilə birgə sorğu və monitorinqlərin təşkili, təhlil və tədqiqat işlərinin aparılması haqqında fikir mübadiləsi aparılıb.