Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Təhsil Tələbə Kredit Fondunun nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Milli Observatoriya tərəfindən keçirilən sorğular və nəticələrindən bəhs olunub. Demoqrafiya, əmək bazarı, təhlil və proqnozların hazırlanması sahəsində aparılmış tədqiqat işləri diqqətə çatdırılıb.
Tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib. Tələbə təhsil kreditinin verilməsi istiqamətində faydalılığın artırılması məqsədi ilə əmək bazarında prioritet peşələrin müəyyən edilməsi, təhsilalanlara proqnozlaşdırılan ixtisaslar üzrə təlimlərin təşkili, təhsil tələbə kreditindən yararlanan tələbə valideynləri arasında sorğuların keçirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi üçün işçi qrupunun yaradılması haqqında razılıq əldə olunub.