Milli Observatoriyanın təşkilatçılığı ilə Bakı Dövlət Universitetində "18 may - 18 iyun İnsan Hüquqları Aylığı" çərçivəsində universitetin tələbələrinə "Əmək hüquqları və Qanunvericilik" mövzusunda təlim keçirilib.
Təlim əmək hüquqları sahəsində mövcud qanunvericiliyin əsas aspektləri, işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, əmək münasibətlərinin hüquqi çərçivələri, iş şəraiti və sosial təminatlar kimi vacib mövzuları əhatə edib.
İştirakçılar qanunvericiliyin real iş mühitində tətbiqinə dair praktiki nümunələrlə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
Təlimin məqsədi iştirakçılara əmək hüquqları, qanunvericilik normaları və onların praktik tətbiqi haqqında dərin biliklər vermək, hüquqi maarifləndirməni artırmaq və bu sahədə mövcud olan əsas prinsipləri izah etməkdir.