Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin qiymətləndirmə missiyasının üzvləri ilə görüş olub.
Görüşdə layihənin ikinci fazasında icra olunacaq layihələr müzakirə edilib. Növbəti mərhələdə əmək bazarının təhlili və sorğuların təşkil olunması ilə bağlı atılacaq addımlar müəyyən edilib.