Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Bakı Dövlət Universitetinin tədris planının və ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təhlil edilməsi, Universitet-dövlət-sənaye (UDS) əməkdaşlıq əlaqələrinin tədqiq edilməsi məqsədi ilə birgə monitorinq və təhlillərin həyata keçirilməsi, Universitetin bakalavr və magistrantlarının Milli Observatoriyada təcrübə keçməsi haqqında fikir mübadiləsi aparılıb. Habelə tərəflər arasında birgə əməkdaşlıq haqqında imzalanmış Memorandumda qeyd edilən istiqamətlər üzrə görüləcək işlər də müzakirə edilib.