Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Future Bright” şirkətinin təsisçisi Akan Abdula, baş icraçı direktor Dilara Kısakürek və Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva ilə görüş keçirilib.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında məlumat verilib. Bildirib ki, qurum əmək bazarını təhlil edir, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara olan tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparır. Habelə peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Daha sonra “Future Bright” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Tərəflər arasında birgə fəaliyyət imkanları nəzərdən keçirilib.