Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Təhsil Tələbə Kredit Fondunun (TTKF) rəhbər şəxsləri ilə görüş olub.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, əmək bazarının tələblərinə uyğun olaraq təhsil tələbə kreditlərinin daha səmərəli istifadəsi üçün strateji məşğulluq sahələrinin və aktual peşə və ixtisasların müəyyənləşdirilməsi vacibdir.
Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov isə qurumlar arasında birgə fəaliyyətin vacibliyini qeyd edib. O, həmçinin təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin qiymətləndirilməsində Milli Observatoriya tərəfindən aparılan təhlillərin əhəmiyyətini vurğulayıb.
Görüşdə əmək bazarının cari vəziyyəti və qurumlar arasında əməkdaşlıq imkanlarının gələcək istiqamətləri müzakirə edilib.