Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Quba şəhərində ictimai dinləmə keçirib.
“Regionlarda əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə fəaliyyət göstərən işəgötürənlər və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti, işəgötürənlərlə aparılan sorğu və tədqiqatların nəticələri haqqında ətraflı məlumat verilib. Regionun əmək bazarına dair məsələlər müzakirə olunub.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil olunan tədbirdə əmək və məşğulluq məsələləri ilə iştirakçıların sualları cavablandırılıb.