Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən bu dəfə Şamaxı şəhərində ictimai dinləmə keçirilib.
“Regionlarda əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusunda keçirilən növbəti tədbirdə Şamaxı, Ağsu və Qobustan rayonlarında fəaliyyət göstərən işəgötürənlər və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti, əmək bazarında qlobal trendlər, yerli işəgötürənlərin namizədlərdən əsas tələbləri, ixtisas seçiminin məşğulluqda önəmi haqqında ətraflı məlumat verilib. Regionun əmək bazarına dair vacib məsələləri müzakirə olunub.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil olunan tədbirdə əmək və məşğulluq məsələləri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.