Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli şura üzvlərinə Milli Observatoriyanın fəaliyyəti, təhlil və tədqiqat sahəsində görülən işlər haqqında məlumat verib. Demoqrafiya, əmək bazarı, təhlil və proqnozların hazırlanması sahəsində aparılmış işlərin nəticələri, qurumun yeni layihələri diqqətə çatdırılıb.
Observatoriya tərəfindən keçirilən sorğular və nəticələrindən bəhs olunub. Habelə ali təhsil müəssisələri tələbələrinin ixtisas seçimi və orta məktəb şagirdlərinin hansı ixtisaslara və peşələrə üstünlük verməsi ilə bağlı sorğular keçirildiyi qeyd edilib. İxtisas seçərkən tələbələrin qərarlarına təsir edən əsas amillərin və şagirdlərin ustunlük verdiyi peşə istiqamətlərinin müəyyən edildiyi bildirilib.
İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. Observatoriyanın fəaliyyət sahələri üzrə İctimai şura üzvləri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.