Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin qiymətləndirmə missiyasının üzvləri ilə görüş olub.
Görüş iştirakçılarına cari dövrdə Milli Observatoriya tərəfindən əmək bazarı istiqamətində aparılan işlər barədə məlumat verilib.
Missiya üvzləri ilə gələcəkdə icrası planlaşdırılan bir sıra layihələr üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi, əmək bazarında peşə və ixtisaslara olan tələbin müəyyənləşdirilməsində Milli Observatoriya ilə birgə sorğu və monitorinqlərin təşkili, təhlil və tədqiqat işlərinin aparılması haqqında fikir mübadiləsi aparılıb.