Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova Tahirli ilə görüşüb.
E. Səfərli “Yüksəliş” müsabiqəsinin gənclər üçün əhəmiyyətindən bəhs edib. Müsabiqə qalibini təbrik edib, ona gələcək fəaliyyətində uğur arzulayıb.
Daha sonra qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Milli Observatoriya əmək bazarını təhlil edir, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara olan tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması və digər vacib mövzular istiqamətində sorğular aparır.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova Tahirli görüşə görə təşəkkür edib.
Sonra onu maraqlandıran suallar cavablandırılıb, əmək bazarında kadr potensialına dair fikir mübadiləsi aparılıb.