Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşı Babək Yusifli Hindistanın Qaziabad şəhərində təşkil edilən təlim proqramında iştirak edib.
Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində keçirilən 5 günlük təlim proqramında 12 ölkədən 22 nəfər iştirak edib.
“İnkişaf Etməkdə Olan Texnologiyalar - Əşyaların İnterneti”( İoT) mövzusunda keçirilən təlimdə kommunikasiya texnologiyaları, ağıllı şəhərdə məlumatların toplanması, emalı, təhlili, məlumatların gizlilik prinsipi əsasında təhlükəsizliyinin qorunması, 5G texnologiyasının imkanları, 4-cü Sənaye İnqilabının yenilikləri haqqında məlumat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.