Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları Hindistan Respublikasının Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Çennay şəhərində yerləşən Müəllimlərin Texniki Təlimi və Tədqiqat Milli İnstitutunda təşkil edilən təlim proqramında iştirak edirlər.
“Texniki-peşə təhsili və təlim sisteminin gücləndirilməsi” (TVET) mövzusunda keçirilən təlimdə 19 ölkədən nümayəndələr iştirak edir.
BMT-nın 2030-cu ilədək 2030-cu il Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönələn fəaliyyətlərə həsr olunan təlimdə iştirakçılara texniki-peşə təhsili və təlim sahəsində müasir dövrün tələblərinə uyğun yeni üsullar və sistemlər təqdim edilir.