Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydınla nümayəndə heyətinin görüşündə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığıın daim genişləndiyi vurğulanıb. Azərbaycanda aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
Elnur Səfərli Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qurumun əmək bazarı, sosial müdafiə, demoqrafiya və s. üzrə sorğu, təhlil və proqnozların hazırlanması sahəsində gördüyü işlər, yeni layihələri qeyd edilib.
Daha sonra Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun və nazirliyin digər alt qurumlarının rəhbər şəxsləri ilə görüşlər olub. Əməkdaşlıq sahələrində görülən işlər və yeni perspektivlərə dair fikir mübadiləsi aparılıb
Səfər iyunun 8-nə qədər davam edəcək.