Milli Observatoriya tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan əməkdaşlara funksional və ümumi sahələr üzrə təlimlər keçirilib.
Təlim iştirakçılarına funksional sahələr üzrə pensiya qanunvericiliyi və onun tətbiqi, ünvanlı sosial yardımın verilməsi qaydaları və prosedurları, övladlığa götürmə prosesinin hüquqi və praktiki aspektləri, məşğulluq və özünəməşğulluq proqramlarındakı yeniliklər, ƏMAS alt sisteminin funksiyaları və MS Excel proqramının effektiv istifadəsi barədə geniş məlumat verilib.
Yumuşaq bacarıqlar üzrə vətəndaş məmnuniyyətinin artırılması üçün strategiyalar və metodların tətbiqi, iş yerində stresin idarə olunması və azaldılması yolları, konfliktlərin idarə olunması və həlli yollarından bəhs edilib.
Təlimlərin keçirilməsində əsas məqsəd əməkdaşların həm funksional, həm də yumşaq bacarıqlarını artırmaq, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək və müasir təlim metodlarından istifadə edərək praktiki bacarıqlarını təkmilləşdirməkdir.