Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri arasında görüş olub.
Nümayəndə heyətinə Milli Observatoriya tərəfindən işəgötürənlərlə aparılan sorğu nəticələri təqdim edilib. Bildirilib ki, sorğuların keçirilməsində məqsəd müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyəti qiymətləndirməkdir.
Görüşdə qardaş ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbər şəxslərinə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Milli Observatoriyanın birgə icra etdiyi “DOST Müfəttiş” layihəsi haqqında məlumat verilib.
Layihənin ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədilə tətbiq edildiyi qeyd edilib.
“DOST Müfəttiş” layihəsinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi vurğulanıb. Beləki layihə qısa müddət ərzində Böyük Britaniyadakı “Corporate Vision” təşkilatının keçirdiyi “Small Business Awards 2024” və “Global Banking & Finance Review” beynəlxalq jurnalının (Böyük Britaniya) “İnnovasiyada Mükəmməllik-2024” mükafatlarına layiq görülüb.