Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Bakı İstanbul Liseyində “İqlim dəyişmələrinin uşaqların hüquqlarının müdafiəsinə təsiri” mövzusunda seminar keçirilib.
“Uşaq hüquqları aylığı” çərçivəsində 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil edilən görüşdə “Qlobal ekoloji problemlər və iqlim dəyişikliyi”, “İqlim dəyişmələrinin əmək bazarına təsiri” və uşaq hüquqlarına dair vacib mövzular haqqında məlumat verilib. Habelə bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin əhəmiyyətindən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən tədbirlərdən bəhs edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.