ISO 29993:2017 “Formal təhsildən kənar öyrənmə xidmətləri” beynəlxalq standartı ömürboyu təhsilin (məsələn, peşəkar təhsil, müəssisədə və ya evdə təhsil) bütün növləri də daxil olmaqla formal təhsil xaricində olan tədris xidmətlərinə dair tələblər müəyyən edir. Belə xidmətlərin əsas xüsusiyyətlərini təlim məqsədlərinin müəyyən edilməsi, xidmətlərin qiymətləndirilməsi və təhsil alanlar ilə qarşılıqlı əlaqənin qurulması təşkil edir.