Təhsil Tələbə Kredit Fondunun fəaliyyətinin məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Təhsil Tələbə Krediti Fondu 2023-ci ildən əməkdaşlıq etməyə başlayıb. Qurumlar arasında imzalanmış birgə əməkdaşlıq haqqında memoranduma aşağıdakı fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq daxildir:
⮚Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyillərini müəyyən etmək,
⮚ Müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi və təkmilləşdirmə işlərinin aparılması məqsədilə təhsil tələbə krediti sisteminin benefisiarları arasında bununla bağlı müxtəlif mövzularda respondent-sorğuların keçirilməsi;
⮚Təhsil müəssisələrinin təhsil tələbə kreditindən istifadə etmiş məzunlarının əmək bazarına adaptasiya vəziyyətini təhlil etmək, bu sahədə təkmilləşdirmələrin aparılması üçün səmərələşdirici təkliflər vermək;
⮚ Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi ilə təhsilin əhatə dairəsinin genişləndirilməsi perspektivləri ilə bağlı təhlillər və tədqiqatlar aparmaq, səmərələşdirici təkliflər hazırlamaq, Fondun bu istiqamətdə fəaliyyəti üzrə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq və maarifləndirmə işinin təşkilinə dəstək vermək;
⮚ Əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlarının hazırlanması istiqamətində birgə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və təkliflər vermək;
⮚ Əmək bazarında peşə, ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması və aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət göstərmək;
⮚ Qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq əməkdaşlıq istiqamətləri üzrə elmi-texniki nailiyyətlərin tətbiq edilməsi perspektivlərini araşdırmaq;
⮚ Əməkdaşlıq istiqamətlərinə aid məsələlərlə bağlı birgə araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, səmərəli və operativ məlumat və təcrübə mübadiləsini həyata keçirmək;
⮚ Əməkdaşlıq istiqamətlərinə uyğun olaraq birgə konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər təşkil etmək;
⮚ Əməkdaşlıq istiqamətləri üzrə innovasiyaların tətbiqi və səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə birgə təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
⮚Tərəflərin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün mövcud imkanlar daxilində birgə tədbirlər görmək;
⮚ Hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək və həyata keçirmək.