Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim Mərkəzində "Pensiya: müqayisəli perspektivdə metodlar və risklər” mövzusunda iki günlük təlim keçirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri, habelə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edib.
Təlimdə Leuven Universitetinin professoru Yves Stevens tərəfindən "Pensiyanın maliyyələşdirmə üsulları" , "Sosial təminatın modelləri və idarə edilməsi" , "Pensiya ilə bağlı risklər" mövzuları haqqında məlumatlar verilib. İştirakçıların sualları cavablandırılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.