Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada yeni seçilən təcrübəçilər ilə görüş keçirilib.
Görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli təcrübəçilərə qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlillər aparır, proqnozlar hazırlayır, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində iştirak edir.
Milli Observatoriya tərəfindən aparılan sorğulara aktiv cəlb edilən təcrübəçilərə təcrübə müddəti zamanı əldə edəcəkləri üstünlüklər izah edilib. Onların rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, Milli Observatoriya tərəfindən tətbiq olunan təcrübə proqramının məqsədi tələbə və məzunları korporativ iş mühiti ilə tanış etmək, potensial kadr fondunu yaratmağa dəstək olmaqdır.
Təcrübə proqramının müddəti üç aydır.