Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeli qurumlarında çalışan əməkdaşları üçün İnsan Resurslarının İdarə edilməsinə strateji yanaşma” mövzusunda master-klass təşkil olunub.
Peşəkar təlimçi Nilufər Məsimova tərəfindən əməkdaşlara “İnsan resursları strategiyasının formalaşdırılması və biznes strategiyasına inteqrasiya edilməsi”, “Əsas performans göstəriciləri” və “İnsan resursları sahəsində müasir trendlər” mövzuları haqqında məlumat verilib.
Master - klassın keçirilməsində məqsəd İnsan resursları sahəsində çalışan əməkdaşlarda müasir insan resursları konsepsiyaları və yanaşmaları haqqında məlumat formalaşdırmaqdır